
Zəhərləyici ehtiyatsızlıq: Kimyəvi maddələr azyaşlı üçün faciəyə çevrilə bilər
10:28 08.07.2025
Sağlamlıq
449
Goranboyda az yaşlı kimyəvi maddədən zəhərlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Veyisli kənd sakini, 2023-cü il təvəllüdlü Əbülfəz Verdiyev xlor içərək zəhərlənib. Kimyəvi maddə evdə ziyanverici həşəratlara qarşı istifadə edilirmiş.
Azyaşlı xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilib.
Vəziyyəti kafidir. Hadisə ehtiyatsızlıqdan baş verib.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, kimyəvi maddələrin ağız yolu ilə orqanizmə qəbul edilməsi, ilk növbədə ağız boşluğundan başlayaraq, bütün mədə-bağırsaq traktı boyunca selikli qişaların yanıqlarına səbəb ola bilər:

“Bu cür hallarda ilkin olaraq təhlükəsizlik tədbirlərinə ciddi riayət olunmalı, xüsusilə uşaqların əli çata biləcək yerlərdə kimyəvi maddələrin saxlanılması yolverilməz hesab edilməlidir. Belə hallarda dərhal təcili tibbi yardım çağırılmalı və zərərçəkmiş uşaq dərhal ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməlidir. Çünki zəhərlənmə dərəcəsinin ev şəraitində düzgün qiymətləndirilməsi qeyri-mümkündür. Kimyəvi maddələrin qəbulundan sonra orqanizmdə ciddi toksik reaksiyalar inkişaf edə və bu, xüsusilə böyrəklərin funksional pozulması ilə nəticələnə bilər. Klinik qiymətləndirmə zamanı ilk olaraq uşağın sidik ifrazı funksiyası yoxlanmalı, sidiyə getmə qabiliyyəti ilə bağlı məlumat alınmalıdır. Kimyəvi yanıq və zəhərlənmələrin nəticəsi olaraq yalnız mədə-bağırsaq sistemi deyil, həm də qaraciyər, böyrəklər və mərkəzi sinir sistemi zədələnə bilər. Xüsusilə turşular və qələvilər kimi aşındırıcı maddələrin toxumalarda dərin nekrozlara səbəb olma ehtmalı var. Zəhərlənmənin ağırlıq dərəcəsi maddənin növü, miqdarı, konsentrasiyası və qəbul olunma müddətindən asılı olaraq dəyişir. Kliniki vəziyyətin qiymətləndirilməsi üçün laborator diaqnostik testlər, o cümlədən qanda elektrolit balansı, böyrək və qaraciyər funksiyalarının göstəriciləri mütləq yoxlanmalıdır. Endoskopik müayinə kimyəvi yanıqların yerləşmə səviyyəsini və dərəcəsini müəyyən etmək üçün ən əhəmiyyətli diaqnostik vasitələrdən biridir. Uşaqlarda bu tip hallar daha ağır fəsadlara səbəb ola bildiyindən, profilaktik tədbirlər sistemli şəkildə həyata keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə