İmamoğlunun məhkəmə işi ilə bağlı qərar verildi

Türkiyənin Silivri həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılmış sədri Əkrəm İmamoğlu barəsində məhkəmə qərarı verilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
O, İstanbul Baş Prokuroru Akın Gürlek haqqında dediyi sözlərə görə mühakimə olunurdu.
"İmamoğluna təhdid ittihamı ilə 2 ay 15 gün, dövlət məmurunu təhqir ittihamı ilə isə 1 il 5 ay həbs cəzası verilib",- məlumatda deyilir.