Ağ Ev: Moskva 50 günə sülhə gəlməsə, sanksiyalarla üzləşəcək

Moskva 50 gün ərzində atəşkəsə və ya Ukrayna ilə bağlı sazişə razı olmasa, ABŞ-nin rüsum və ikinci dərəcəli sanksiyaları ilə üzləşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Prezidentin aydın şəkildə bildirdiyi kimi, əgər 50 gün ərzində atəşkəs və ya sülh sazişi əldə edilməzsə, əgər Rusiya atəşkəsi hüquqi olaraq qəbul etməkdən imtina edərsə, o, çox yüksək tariflər, həmçinin ikinci dərəcəli sanksiyalarla üzləşəcək", - o qeyd edib.