Trampın Putinə son təklifi açıqlandı

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna üzrə danışıqlarda iştirak edən nümayəndə heyətlərinin səviyyəsinin yüksəldilməsini təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin, yəni birbaşa danışıqlarda iştirak edən şəxslərin səviyyəsinin artırılması imkanlarının araşdırılması ideyası müzakirə olunub”, - deyə Uşakov bildirib.

Qeyd edək ki, tərəflər arasında münaqişənin diplomatik yolla həlli üçün bu kimi təşəbbüslərin dəyərləndirilməsi beynəlxalq səviyyədə diqqətlə izlənilir.