Analitik: Netanyahunun Türkiyəni soyqırımda ittiham etməsi absurddur
Yusif Nəzərli
04:10 29.08.2025
Dünya
342
Bu cür əsassız və yersiz bəyanat Türkiyə ilə bərabər, həm də Azərbaycana qarşı yönəlib
İsrailin Baş naziri Benyamin Netanyahu Osmanlı imperiyası tərəfindən XX əsrin əvvəllərində törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan edib.
Amerikalı jurnalist Patrik Bet-Davidin podkastında “Niyə İsrail “erməni soyqırımı”nı tanımır” sualına Netanyahu belə cavab verib:
“Məncə, tanıyıb. Düşünürəm ki, Knesset (İsrail parlamenti) bununla bağlı qətnamə də qəbul edib”.
Lakin jurnalistin indiyədək bununla bağlı heç bir qanun qəbul edilmədiyinə və İsrailin heç bir baş nazirinin “soyqırımı” tanımamasına dair sualını isə Netanyahu belə cavablandırıb: "Baxın, mən az öncə bunu rəsmən bəyan etdim”.
Beləliklə, Netanyahu Osmanlı dönəmində ermənilərə, yunanlara və süryanilərə qarşı "soyqırımı" törədildiyini iddia edib və baş nazir kimi bu "soyqırımı" tanıdığını bildirib.
Türkiyə XİN-in məsələyə münasibəti gecikməyib. Qurum Netanyahunun qondarma soyqırımı bəyanatını rədd edib: “Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlaması keçmişdəki kədərli hadisələri siyasi istismara çəkməyə hədəflənmiş bir təşəbbüsdür. Fələstin xalqına qarşı törədilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüquqi həqiqətlərə uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik”.
Xatırladaq ki, İsrail uzun illər “erməni soyqırımı” məsələsinə ehtiyatla yanaşıb. Hər nə qədər Ankara və Təl-Əviv arasında uzun illərdir gərginlik yaşansa da, strateji əməkdaşlıq tamamilə kəsilməyib. Enerji, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq daim aktiv qalıb. Məsələn, Türkiyənin Ceyhan bölgəsindən İsrailə enerji nəqli davam edir. Məhz bu və digər səbəblərdən İsrail uzun müddət “soyqırımı” məsələsində açıq mövqe sərgiləməkdən çəkinib.
Lakin 2023-cü ilin sonlarından etibarən İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar Türkiyə tərəfindən sərt tənqid olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Netanyahunu açıq şəkildə “terrorçu” adlandırıb və İsraili insanlığa qarşı cinayətlərdə ittiham edib. Bu sərt ritorika Təl-Əvivdə ciddi narahatlıq doğurub və qarşılıqlı diplomatik münasibətlər bir daha zəifləyib. Görünür, Netanyahunun qırmızı xətti keçməsi də Türkiyə ilə yaşanan son gərginliklə əlaqəlidir.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a açıqlamasında bildirib ki, Netanyahu şəxsi siyasi maraqları naminə İsrail-Türkiyə və İsrail-Azərbaycan münasibətlərinə zərbə vurmamalıdır. B.Mirzəyev hesab edir ki, rəsmi Bakı İsrail və Türkiyə arasında danışıqların baş tutmasına, münasibətlərin normallaşdırılmasına səy göstərdiyi halda, Netanyahu isə çılğın bəyanatları, aqressiv addımları ilə münasibətləri daha da korlamağa davam edir:
“Nikol Paşinyanın son çıxışlarında qondarma "erməni soyqırımı"nı şübhə altına almağa başladığı və bununla da, həm Ermənistandakı radikal millətçiləri, daşnakları, həm də xaricdəki erməni lobbisini məyus etdiyi bir məqamda İsrailin baş nazirinin belə bir şok bəyanatla çıxış etməsi radikal erməni millətçilərinin və erməni lobbisinin böyük sevincinə səbəb olub.
Eyforiya hissinə qapılan erməni mediası və blogerləri də Netanyahunun bəyanatını böyük canfəşanlıqla tirajlayır. Həmçinin Fransa, Yunanıstan, Argentina, Kanada və ABŞ-dəki erməni lobbisi də Netanyahunu böyük lider kimi mədh etməyə başlayıb. Onların fikrincə, İsrail baş nazirinin bu addımı dırnaqarası "soyqırımı"nın beynəlxalq ictimaiyyət tərəfindən tanınması prosesinə yeni impuls verəcək.
Lakin Netanyahu bu bəyanatını Türkiyəyə qarşı təzyiq vasitəsi kimi səsləndirməklə böyük səhvə yol verdi. Hazırda özü Qəzzada soyqırımı törədən və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlığa qarşı cinayətdə suçlanan Netanyahunun Türkiyəni heç bir dəlil-sübutu olmayan qondarma "soyqırımı"nda ittiham etməsi həqiqətən də absurddur.
Netanyahunun bu cür əsassız və yersiz bəyanatı Türkiyə ilə bərabər, həm də Azərbaycana qarşı yönəlib. Çünki ermənilər Xocalı soyqırımını məhz qondarma "erməni soyqırımı"na cavab kimi, qisas kimi törətdiklərini dəfələrlə səsləndiriblər. Bu mənada Netanyahunun bəyanatı ermənilərə haqq qazandırmaq kimi səslənir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Qara dənizdə 5 dronun zərərsizləşdirildiyini açıqlayıb
12:49 11.07.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
12:43 11.07.2026
Ekologiya
İran: Müharibə elm infrastrukturuna 300 milyon dollar zərər vurub
12:30 11.07.2026
Gündəm
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Ucarda suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
12:08 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya