Lavrov Nyu-Yorkda Suriya nümayəndə heyəti ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya nümayəndə heyətinin nümayəndələri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Münasibətlərimizin hazırkı vəziyyətini müzakirə etmək vacibdir. Hadisələr çox sürətlə gedir", - Lavrov görüşdən əvvəl bildirib.