
Qartal yuvasında 750 illik ayaqqabı tapıldı
13:27 09.10.2025
Gündəm
388
Esparto otu, min illərdir Aralıq dənizi bölgəsində ayaqqabı istehsalında istifadə edilən davamlı bir bitkidir
İspaniyanın cənubunda bir qayalıq mağaradakı qartal (akbaba) yuvasında Orta əsrlərə aid 750 illik həsir ayaqqabı aşkar edilib.
Sherg.az xəbər verir ki, İspaniya Milli Tədqiqatlar Şurasına (CSIC) bağlı Pirene Ekologiya İnstitutunun ekoloqu Antoni Marqalida və komandası “Ecology” jurnalında dərc etdikləri araşdırmada bildiriblər ki, saqqallı qartallar nəsillər boyu eyni qayalı yuvalardan istifadə edir və bu yuvalarda sümüklər, otlar, budaqlar və insan mənşəli əşyalardan ibarət qatlar əmələ gətirirlər.

Tədqiqatçılar tərəfindən araşdırılan 12 yaxşı qorunmuş yuvada əsasən heyvan sümükləri aşkarlanıb. Lakin qalıqların təxminən 9 faizi insan istehsalı əşyalardan ibarət olub: dəri parçaları, parça hissələri, bir arbalet oxu və 25 ədəd esparto otundan hazırlanmış əşya. Onlardan biri, karbon testinə görə təxminən 1275-ci ilə aid, tam şəkildə qorunmuş həsir ayaqqabı olub.
Esparto otu, min illərdir Aralıq dənizi bölgəsində ayaqqabı istehsalında istifadə edilən davamlı bir bitkidir. Müasir dövrdə məşhur “espadril” ayaqqabıları da eyni otla toxunur.
Marqalida bildirib ki, o dövrdə qartallar bu əşyaları “ehtimal ki, XIII əsr kəndlilərinin gündəlik əşyalarından” oğurlayıb, yəni arxeoloji qazıntılardan deyil, insanların gündəlik həyatından toplayıblar.
Həmin yuvada, qırmızı torpaq boyası ilə rənglənmiş bir qoyun dərisi parçası da tapılıb; bu tapıntının da təxminən 726 il əvvələ aid olduğu müəyyən edilib.
Alimlərin sözlərinə görə, bu qayalı yuvalar sabit temperatur və aşağı rütubət sayəsində yüz illər ərzində üzvi qalıqların pozulmadan qorunmasını təmin edib.
Marqalida və komandası gələcəkdə bu “tarix dolu yuvaların” müxtəlif təbəqələrini daha ətraflı araşdıraraq həm bioloji, həm də insan mənşəli qalıqları dövrlərə görə sistemləşdirməyi planlaşdırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə