Medvedyev: Putin Şimali Koreya ilə əlaqələrin gücləndirilməsinin vacibliyinə inanır

“Vahid Rusiya” partiyasının sədri və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Şimali Koreya lideri Kim Çen Inla görüşü zamanı deyib ki, Vladimir Putin Şimali Koreya ilə əlaqələrin gücləndirilməsinin son dərəcə vacib olduğunu hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə Dmitri Medvedyev sosial şəbəkə hesabında yazıb.

“Mən ikitərəfli münasibətlərimizin hərtərəfli inkişafını yüksək qiymətləndirən həmkarınız, Prezident Vladimir Putinin dostluq salamlarını çatdırmaq istərdim”, - o deyib.

Qeyd edək ki, Medvedyevin başçılıq etdiyi “Vahid Rusiya”nın nümayəndə heyəti Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Pxenyanda olub.