Şirkət rəhbəri Ağ Evdə huşunu itirdi, Doktor Öz müdaxilə etdi
11:49 07.11.2025
Dünya
464
ABŞ Prezidenti Donald Trampın arıqlama dərmanlarının qiymətlərini aşağı salacaq sazişi elan etdiyi mətbuat konfransında şirkət rəhbəri Qordon Findley özünü pis hiss edib. Huşunu itirən Findleyə Doktor Mehmet Öz ilkin tibbi yardım göstərib.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, dərman istehsalçıları ilə imzalanan yeni razılaşma nəticəsində arıqlama dərmanlarının qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşdırılacaq.
Tramp Ağ Evdə iki böyük şirkətin rəhbərləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ-də dərman qiymətlərinin aşağı salınması əvvəllər mümkünsüz hesab edilirdi, lakin onun administrasiyası dövründə bunun həyata keçirilməsindən çox məmnundur.
Prezident vurğulayıb ki, həmin dərmanların qiymətləri digər ölkələrlə müqayisədə ABŞ-də qat-qat yüksəkdir. Bu dərmanlardan əsasən az və orta gəlirli vətəndaşlar istifadə edir, lakin bu insanların həmin dərmanlara çıxışı çox çətindir.
Donald Tramp əlavə edib ki, gələn ildən etibarən arıqlama dərmanlarının sığorta proqramı “Medicare” xəstələrinə də şamil ediləcək və sığortası olmayan şəxslər üçün müəyyən aşağı qiymətlərin mərhələli şəkildə tətbiqinə başlanacaq.
ABŞ Səhiyyə naziri Robert F. Kennedi isə çıxışında bildirib ki, “piylənmə bir yoxsulluq xəstəliyidir” və xroniki xəstəliklərin ən çox aşağı gəlirli insanlar arasında yayğın olduğunu qeyd edib. O, bu səbəbdən arıqlama dərmanlarına çıxışın asanlaşdırılmasının vacibliyini vurğulayıb.
Ağ Evin sosial media hesabında paylaşdığı məlumata görə, “Ozempic” adlı arıqlama dərmanının aylıq qiyməti 1000 dollardan 350 dollara, “Wegovy” adlı dərmanın qiyməti isə 1350 dollardan 1000 dollara endiriləcək.
Oval kabinetdə “Eli Lilly” şirkətinin icraçı direktoru Devid Riks çıxış etdiyi anda zaldakı qonaqlardan biri - Qordon Findley qəfildən özünü pis hiss edib. Həmin an orada olan Dr. Mehmet Öz huşunu itirən Findleyi yerə yıxılmadan tutaraq ehtiyatla uzadıb. Dr. Özün ilkin tibbi yardım göstərdiyi anlarda Ağ Ev əməkdaşları canlı yayıma fasilə verib və jurnalistləri zalı tərk etməyə çağırıblar.
Hadisədən sonra Ağ Evin rəsmiləri açıqlama verərək bildirib ki, halı pisləşən qonağın vəziyyəti hazırda yaxşıdır.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət