
81 yaşlı senator yenə kameralar qarşısında “dondu” - FOTO
09:49 31.08.2023
Dünya
542
ABŞ Senatında Respublikaçılar Partiyasının lideri, 81 yaşlı senator Mitch Makkonel mətbuat mənsublarının suallarını cavablandırarkən yenidən 30 saniyədən çox donub qalıb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, qoca senator Kovinqton ştatında jurnalistlərin qarşısına çıxıb.
Bir müxbir ondan yenidən seçilmək üçün namizəd olub-olmayacağını soruşub. Makkonel 30 saniyədən çox sanki boşluğa baxaraq səssiz qalıb.
Bu zaman Makkonelin köməkçisi onun yanına gəlib, senatordan sualı eşitib-eşitmədiyini soruşub. Köməkçi jurnalistlərə “Bizə bir dəqiqə lazım olacaq” deyə vaxt istəyib.
Köməkçilərinin müdaxiləsindən sonra özünə gələn Makkonel bir neçə suala qısa cavablar verərək mətbuat konfransını tərk edib.
Senatda azlığın lideri, respublikaçı senator iyulun 26-da ABŞ Konqresində mətbuat konfransında əsas çıxışını edərkən də təxminən 20 saniyə donub qalıb.

Yanındakı deputatlar bir müddət çaş-baş qalıblar və heç nə demədən kənara çəkilən Makkonel daha sonra yenidən jurnalistlərin qarşısına çıxıb və yaxşı olduğunu bildirib.
2007-ci ildən Senatda Respublikaçılar qrupunun lideri olan Makkonnel mart ayında Vaşinqtonda bir oteldə yıxıldıqdan sonra beyin sarsıntısı keçirmiş və qabırğası sınmışdı. O, müalicəsinə görə bir müddət Senatda iştirak etməmişdi.
O zaman senatorun səhhəti mübahisələrə səbəb olmuşdu və onun vəzifəsindən istefa verməsi istənilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət