97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı

Böyük Britaniyada 97 yaşlı Betti Bromeyc uçan təyyarənin qanadı üzərində gəzən ən yaşlı qadın olub və bununla da özünün Ginnes rekordunu qırıb. Son on ildə o, artıq altı belə uçuş həyata keçirib.

Lent.az bildirir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Çeltnem sakini olan qadın ötən avqust ayında keçirdiyi insultdan ekstremal hobbisinə qayıdıb. Təqaüdçü qadının sözlərinə görə, xəstəlik onun nitqinə təsir göstərib, lakin o, yeni sınaqdan imtina etmək istəməyib.