ABŞ-dan Parisdə sürpriz açıqlama: “Suriya və İsrail əməkdaşlığa hazırdır”

ABŞ‑ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak, Parisdə ABŞ vasitəçiliyi ilə keçirilən "Suriya ilə İsrail danışıqları“nı çığır adlandırıb. Barrak jurnalistlərə bildirib ki, görüşdən əldə olunan nəticə hər iki tərəfin işbirliyi və ortaq rifah istiqamətində irəli getmək istəyini əks etdirir və əlaqələrin daha da inkişafına təkan verəcək. 

Paris görüşündə hər iki ölkənin rəsmi nümayəndələri bir araya gəlib və ABŞ‑ın himayəsi altında ortaq bir kommunikasiya mexanizmi - kəşfiyyat mübadiləsi, hərbi gərginliyin azaldılması, diplomatik və ticari əlaqələrin gücləndirilməsi üçün platforma qurulması barədə razılığa gəliblər. 

Barrak qeyd edib ki, yeni Suriya hökuməti İsrailə qarşı düşmən münasibət bəsləmədiyini və hörmət və birgə yaşama əsaslanan münasibət qurmaq istədiyini nümayiş etdirib, İsrail isə bu dəyişiklikdən məmnundur.