ABŞ-də kloun geyimli 15 yaşlı yeniyetmə 78 yaşlı kişini öldürməkdə şübhəli bilinir

ABŞ-nin İllinoys ştatında kloun geyimində olan 15 yaşlı yeniyetmə 78 yaşlı kişinin qətlində şübhəli bilinərək saxlanılıb.

Sherg.az xəbər verir ki, hadisə İst-Sent-Luis şəhərində baş verib. Polis 78 yaşlı kişinin meyitini yolun hərəkət hissəsində aşkarlayıb.

Məlumata görə, hadisədən qısa müddət əvvəl ərazidə əlində iri bıçaq olan kloun geyimli yeniyetmə görülüb. O, evlərin pəncərələrinə baxıb və qapılara yaxınlaşıb.

Evlərdən birinin müşahidə kamerası yeniyetmənin obyektivə “Mən səni axtarıram” dediyini qeydə alıb. Başqa bir versiyaya görə isə o, kameraya “Sizin üçün hədiyyəm var” deyib.

Polis yeniyetməyə rəsmi ittiham irəli sürülüb-sürülmədiyini açıqlamayıb.