ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir

ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqton və Tehran arasında yaxın günlərdə 30–60 günlük müvəqqəti atəşkəs barədə razılaşmanın əldə oluna biləcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Bessentin sözlərinə görə, mümkün razılaşma nəticəsində Hörmüz boğazının gəmiçilik üçün açılması və enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi gözlənilir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana planlaşdırılan hücumların dayandırıldığını bəyan etmiş və bunu Tehranla əldə olunması gözlənilən razılaşma ilə əlaqələndirmişdi. Bildirilir ki, mümkün saziş Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı məsələləri əhatə edir.