ABŞ İran və Omanın tezliklə Hörmüz boğazı ilə bağlı razılığa gələcəyini gözləyir

İran və Oman Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

ABŞ tezliklə müqavilənin imzalanacağını gözləyir .

Agentliyin mənbəsi bildirib ki, kommersiya gəmiçiliyinin maneəsiz bərpası ilə bağlı razılaşma elan edilən kimi, ABŞ İran limanlarının blokadasını aradan qaldıracaq. O əlavə edib ki, Vaşinqton istənilən halda İranın öz öhdəliklərini yerinə yetirməsini gözləyəcək.