
“ABŞ İranı da Ukraynadakı “bataqlığa” çəkib”
“ABŞ İranı da Ukraynadakı “bataqlığa” çəkib”
Yusif Nəzərli
13:14 19.10.2022
Dünya
540
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna Prezidenti Volodimir Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edib.
Nazir qeyd edib ki, İranın hərəkətləri alçaqlıq və yalandır, biz buna dözməyəcəyik:
“Axı İran bütün bu hərəkətləri müharibəyə qarşı olduğunu və heç bir tərəfə silahla dəstək verməyəcəyini bizə bildirdiyi bir vaxtda etdi. Ukrayna ilə münasibətlərin pozulmasına görə tam məsuliyyət Tehranın üzərinə düşür. “İranın pilotsuz təyyarələrinin Ukraynanın mülki infrastrukturunda çoxsaylı dağıntılar törətməsini, xalqımıza yaşatdığı ölüm və iztirabları, həmçinin, İranın Rusiyaya silah tədarükünün davam etməsi ilə bağlı məlumatları nəzərə alaraq mən Ukrayna Prezidentinə İranla diplomatik münasibətlərin kəsilməsinə dair təklif verirəm.
Biz heç vaxt anti-İran mövqeyi tutmamışıq. Amma İran işğalçılıq cinayətində və Rusiyanın ərazimizdə törətdiyi cinayətlərdə şərik olduqdan sonra bu gün biz çox aydın və dürüst mövqe nümayiş etdirəcəyik. Əgər İran Rusiyaya silah tədarükünü dayandırsa, biz münasibətlərin bütün spektrini bərpa etməkdən danışa bilərik”.

Ukrayna ilə İran arasındakı vəziyyətin bu həddə gəlməsinin gözlənilən olduğunu deyən siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a vurğulayıb ki, Ukrayna “Şahid” Pilotsuz Uçuş Aparatları ilə mübarizə aparmağa çalışır:
“İran XİN-i etiraf etməsə də, “Şahid” PUA larını Rusiyaya verir. Onlar hələ də təkzib edir ki, biz ruslara heçnə verməmişik. Amma faktlar göstərir ki, İran 1-2 aydır, öz PUA-larını Kremlə göndərməklə məşğuldur. Bu PUA-lar isə Ukrayna şəhərlərini dağıdaraq 100-lərlə insanın öldürür.
Bu səbəblə də əlaqələrin tamamilə kəsilməsi gözləniləndir. Bu indi olmasa belə, savaşın davam etdiyi bir neçə ay ərzində baş tutacaqdır. Bu fonda da Qərbin və Avropanın İrana sanksiyaları artacaq. Artıq KİV-lərdə belə bir fikrin formalaşması barəsində məlumatlar da yer alıb.
Analitik qeyd edib ki, ABŞ İranı da Ukraynadakı bataqlığa çəkib:
“Biz bilirik ki Qərbin 3 böyük rəqibi var. Bunlar Rusiya, Çin və İrandır. Artıq Rusiya və İran Ukrayna bataqlığına çəkilib. Növbəti hədəfin isə Çin olacağını düşünürəm. Gələcəkdəki proseslərdə rəsmi Pekinin də adı hallansa, təəccüblənmərəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm