ABŞ Nümayəndələr Palatası İrana hücumların dayandırılmasını tələb edib

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampa bölgədəki hərbi qüvvələri geri çəkmək göstərişi verən “Müharibə səlahiyyətləri haqqında” qanun layihəsini qəbul edib.

Sherg.az xəbər verir ki, Demokratlar Partiyasının üzvü Set Moultonun təqdim etdiyi layihə 220 səslə 204 səsə qarşı qəbul olunub.

Layihənin məqsədi ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dayandırmaqdır. Səsvermədə 7 Respublikaçı deputat da sənədin lehinə səs verib.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Qreqori Miks Tramp administrasiyasının 200 gündür davam edən gərginlik fonunda qarşıya qoyduğu məqsədlərə nail olmadığını bildirib.