“ABŞ Türkiyənin Cənubi Qafqaz siyasətini qəbul edir” - Böyük Britaniyanın da rolu...
11:32 29.09.2021
Dünya
695
“Ermənistan baş naziri Nikol Paşinyan yol ayırıcındadır. Çünki Avropa İttifaqından külli miqdarda maliyyə yardımı alır. Ölkə iqtisadiyyatı, o cümlədən dəmiryolları isə Rusiyadan asılıdır”.
Bu sözləri baş nazirin Türkiyə ilə yaxınlaşmaq cəhdləri barədə “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli deyib. O, həmçinin rəsmi Vaşinqtonun da proseslərdəki rolundan söz açdı:
“Eyni zamanda revanşistlər Moskva ilə yaxınlıq edirlər. Yəni Paşinyanın iki tərəf arasında gedib-gəlməyi təəccüblü deyil. Avropa İttifaqı Ermənistanı Rusiyanın “caynağından qoparmaq” və dolayısı ilə bölgədə sabitlik yaratmaq istəyir. BMT-nin Baş Assambleyasında ABŞ rəsmiləri bildirdilər ki, məhz Türkiyə vasitəsilə Qərbin Cənubi Qafqazdakı mövcudluğu güclənəcək. Həmçinin diplomatlar bildiriblər ki, Vaşinqton Azərbaycan- Türkiyə- Ermənistan arasındakı üçtərəfli məsələlərin həllinə dəstək verəcək. Yəni ABŞ Türkiyənin Cənubi Qafqaz siyasətini qəbul edir. Əlbəttə, bu məsələdə Böyük Britaniyanın da rolu var. Paşinyanın indiki şəraitdə Türkiyə ilə yaxınlaşmaqdan başqa yolu yoxdur. Ərdoğan isə deyib ki, baş nazirin təklifinin qəbul olunması üçün əvvəlcə kommunikasiya xətləri açılmalıdır”
S.Məmmədlinin fikrincə, Qərb məqsədinə çatacaq:
“Əlbəttə, İrəvan məhz Moskvadan çəkindiyinə görə açıq danışa bilmir, bəzi hallarda “nala-mıxa vurur”. Paşinyan bu yaxınlarda Köçəryanın Moskvaya çağırılmasından da narahatdır. Amma Qərb Ermənistanın Türkiyə ilə yaxınlaşmasında maraqlıdır. Bu mənada, fikrimcə, Kremli sıxışdırmaq mümkün olacaq”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm