ABŞ Müdafiə Nazirliyi (Pentaqon) UFO-larla bağlı məxfiliyi ləğv edilmiş yeni sənədləri ictimaiyyətə təqdim edib.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın şəffaflıq siyasəti çərçivəsində yayımlanan yeni materiallar 1950-2026-cı illəri əhatə edir.
Pentaqonun açıqladığı beşinci qrup materiallara ümumilikdə 41 yeni foto, video və sənəd daxildir. Sənədlərdə ABŞ-ın Montana, Yuta və Kolorado ştatları ilə yanaşı, Braziliya, İsveç, Əfqanıstan, Sakit okean və Yaxın Şərqdə qeydə alınmış izahı verilməyən hadisələr yer alır.
Materialların ABŞ Federal Təhqiqatlar Bürosu (FTB), Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Dövlət Departamenti və Prezident Aparatından əldə edildiyi bildirilib.