ABŞ Ukraynaya silah tədarükünü dayandırdı

ABŞ-nin Kiyevə və NATO üzrə müttəfiqlərinə ümumilikdə 5 milyard dollar dəyərində silah tədarükü müvəqqəti olaraq dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, silah tədarükünün dayandırılmasına ABŞ hökumətində yaranmış maliyyə böhranı (şatdaun) səbəb olub.