"Ağrılarım səngiyib, təngnəfəsliyim isə get-gedə azalmağa başlayıb" - Mirvari Fətəliyeva
17:51 29.03.2020
Dünya
793
Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva vəziyyəti ilə bağlı açıqlama yayıb.
M.Fətəliyeva deyib ki, bütün dünyanı təşvişə salan COVID-19 virusu, təəssüf ki, ondan da yan keçməyib:
"Elm aləmi, eləcə də hər birimiz üçün yeni olan bu virus haqqında doğru olub-olmayan bir çox məlumat yayılıb.
Virusun əsasən səhhətində müəyyən problemləri olan yaşlı nəslin nümayəndələri üçün təhlükəli olması barədə artıq hamımız bilirik. Amma, çox təəssüf ki, heç bir sağlamlıq problemi olmayan gənclər də bu virusdan dünyasını dəyişmə təhlükəsi qarşısındadır. Fransada və digər ölkələrdə artıq bunun şahidiyik".
Diaspora rəhbəri bildirib ki, hər bədən bu virusa müxtəlif cür reaksiya verir, bəzi insanlar heç hiss etmədən də bu xəstəliyin daşıyıcısı ola bilər:
"Mənə bir çoxlarınız bu virusun simptomları və müalicəsi haqqında suallar verirsiniz. Çalışacağam ki, öz təcrübəmi Sizlərlə bölüşərək vəziyyətin nə dərəcədə ciddi və təhlükəli olduğunu çatdırım və bəlkə də müyyən dərəcədə sizə kömək olum. Məndə simptomlar ilk olaraq bir neçə gün halsızlıqla başladı, daha sonra baş ağrıları, boğaz qıcıqlanması, ishal, növbəti günlər isə beldən aşağı kəskin sümük ağrıları və nəfəs almaqda çətinlik çəkməklə müşahidə olundu. İlk günlər ciddiyə almasam da, vəziyyətim daha da ağırlaşmağa başladı və məcburən yaşadığım ərazidəki xəstəxanaya müraciət edərək skaner vasitəsilə müayinədən keçdim və COVID-19 virusuna yoluxduğum həmin gün təsdiqləndi".
M.Fətəliyeva qeyd edib ki, Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır, yerlər çox məhduddur və yalnız yüksək hərarət və nəfəs çatışmazlığından əziyyət çəkən xəstələr müalicə üçün qəbul edilir:
"Buna görə də mənim ev şəraitində qalmağımı və müalicə almağımı məsləhət gördülər. Mən artıq 4 gündür ki, həkimlər tərəfindən müəyyən edilmiş dərmanlardan istifadə edirəm və vəziyyətimdə müsbət irəliləyişin olduğunu hiss etməyə başlayıram. Ağrılarım səngiyib, təngnəfəsliyim isə get-gedə azalmağa başlayıb.
Təəssüf ki, təyin edilmiş müalicə hər xəstə üçün individual olduğundan bu haqda açıqlama verməyim düzgün olmaz".
Paris-Azərbaycan Evinin rəhbəri deyib ki, bəzən insanlar düşünür ki, əgər bir dəfə virusa yoluxursa, bədən öyrəşir və artıq təhlükə yoxdur, amma sağalan xəstələrdə yenidən yoluxma halları müşahidə olunur:
"Sevinirəm ki, Azərbaycanda vaxtında, yoluxma sayının çox az olduğu andan ciddi tədbirlər görüldü ki, bu da sürətlə yayılmanın qarşısını almağa köməklik etdi. Təəssüf ki, Fransada çox gec xüsusi rejim tətbiq edildi. Vəziyyət o yerdədir ki, artıq xəstəxanalarda yer məhdudiyyətindən yaşa görə seçim etmək məcburiyyətindədirlər. Sizə vəziyyətin nə dərəcədə ağır və ciddi olduğunu vurğulamaqla özünüzü, yaxınlarınızı, ətrafınızdakıları qorumaqla bütün xalqımızı qorumağa səsləyirəm. Eyni zamanda, həyatlarını təhlükəyə ataraq gecə-gündüz bizləri qorumaq üçün çalışan tibb işçilərinə qayda-qanuna riayət etməklə öz dəstəyimizi göstərək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə