Aİ 2028-ci ildən sonra Rusiya qazından tamamilə imtina edəcək

Avropa İttifaqının energetika nazirləri Rusiya ilə enerji ticarətinə məhdudiyyətlər qoymağa imkan verən qanun layihəsi üzərində razılığa gəliblər.

Teleqraf xəbər verir ki, məhdudiyyətlər hazırda qanunlarla deyil, sanksiyalar paketləri vasitəsilə tətbiq edilir, lakin onlar hər altı aydan bir yenilənir.

Yeni tədbir Macarıstan və Slovakiyanın vetolarını ləğv etməyə imkan verən ixtisaslı səs çoxluğu tələb edir.

Yeni reqlament Avropa Parlamenti tərəfindən qəbul edildikdən sonra Aİ 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək Rusiyadan həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qazın alınmasına tam qadağa qoyulmasını qanunda təsbit edəcək.