
Akarla Şoyqu nəyi müzakirə ediblər? - “Kremlin planları öz əleyhinə çevrilib” - AKTUAL
Akarla Şoyqu nəyi müzakirə ediblər? - “Kremlin planları öz əleyhinə çevrilib” - AKTUAL
Yusif Nəzərli
12:29 01.11.2022
Dünya
711
" "Taxıl dəhlizi"ni qapamaq cəhdi Rusiyanın aciz duruma düşdüyünü göstərir. Son vaxtlar Kremlin qurduğu bütün planlar, atdığı radikal addımlar hazırda Rusiyanın əleyhinə çevrilməyə başlayıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Analitik bildirib ki, Rusiya uzun müddət enerji resurslarından beynəlxalq rəqiblərinə qarşı silah kimi istifadə etməyə çalışırdı. Hətta Kreml "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərinin sıradan çıxarmaqla, Ukraynaya dəstək verən, Rusiyaya sanksiya tətbiq edən Avropa ölkələrinə enerji zərbəsi vurmağa cəhd göstərdi:
"Bəzi məlumatlara görə, Kremlin ABŞ və Qərbə yönəlik ittihamlarının əksinə olaraq, bu iki boru kəmərində diversiya Rusiya xüsusi xidmət servisləri tərəfindən törədilib. Ancaq Rusiyanın gözlədiyi effektlə nəticələnmədi.
Kremlin nüvə silahı ilə təhdidləri də artıq iflasa uğramaq üzrədir. Rusiyanın nüvə arsenalı barədə mövcud olan təsəvvürlər də miflərdən ibarəti imiş. Rusiya nüvə müharibəsinə cəsarət göstərəcək imkanlara sahib deyil.

İndi Kreml son təzyiq imkanlarından istifadə etməyə çalışır. Rusiyanın Qara dəniz donanmasına edilən hücum da elə Kremlin öz planı əsasında reallaşdırıldığına dair məlumatlar mövcuddur. Rəsmi Moskva "Taxıl dəhlizi" ilə bağlı anlaşmadan çıxmaq üçün bəhanə qazanmağa səy göstərir. Ancaq Rusiya yenə böyük səhv etmiş oldu".
Siyasi şərhçinin fikrincə, Türkiyə "Taxıl dəhlizi"də əsas qarantor ölkədir. Rəsmi Ankara sözügüdən dəhlizin fəaliyyət göstərməsində birbaşa maraqlıdır:
"Rusiyanın "Taxıl dəhlizi" anlaşmasından çıxdığını bəyan etməsindən sonra rəsmi Ankaranın atdığı addımlar da Türkiyənin bu məsələdə prinsipial mövqe tutduğunu göstərir. Türkiyə BMT ilə ortaq şəkildə "Taxıl dəhlizi"nin fəaliyyətini təmin etmək niyyətində olduğunu bildirib. Rusiyanın iştirakı olmadan da bir neçə yük gəmisinin təhlükəsiz hərəkəti təmin olunub. "Taxıl dəhlizi"nin Rusiyanın iştirakı olmadan da fəaliyyət göstərə biləcəyi haqqında Kremlə ismarış açıq ötürülür.
Böyük ehtimalla Türkiyənin müdafiə naziri Hulusi Akar da Rusiyanın müdafiə naziri Serqey Şoyqu ilə bu mövzunu müzakirə edib. Yəqin əvvəlcə Rusiyanın anlaşmada iştirakını davam etdirməsi məsləhət olunub. Eyni zamanda, "Taxıl dəhlizi"nin Rusiyasız fəaliyyət göstərə biləcəyinə eyham vurulub. Nəhayət, Rusiya iştirak etmədiyi təqdirdə "Taxıl dəhlizi"nə kənardan problem yaratmamalı olduğuna işarə edilib.
Rusiyanın "Taxıl dəhlizi"ni qapatmaq cəhdləri də iflasa uğramaq üzrədir. Çünki, Türkiyə və BMT "Taxıl dəhlizi"nin fəaliyyətini Rusiyanın iştirakı olmadan da təmin etməyin mümkünlüyünü sübuta yetiriblər".
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefonla taxıl sazişini müzakirə edib.
Söhbət zamanı Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlər barəsində müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya