Alimlərdən şok xəbərdarlıq - Yadplanetlilər...
07:39 17.08.2023
Dünya
513
Harvard Universitetinin professoru, fizik Avi Loeb şok açıqlama ilə çıxış edib. Fizik bildirib ki, yadplanetlilər yeni dünya yaratmağa qadirdilər. Bu haqda “NTV.com.tr” xəbər verir. Saytın yazdığına görə, uzun zamandır yadplanetlilərin malik olduğu güc, bacarıq, istedad mübahisə predmetidir. Professor Avi Loeb isə yadplanetlilərin inkişaf etmiş sivilizasiyaya sahib olduğunu və onların “yeni dünya” yaratmaq qabiliyyətinə malik olduğunda israr edir. Digər alimlər bundan öncə də oxşar mülahizələrlə çıxış ediblər. Alimlər yadplanetlilərin təkhüceyrəli canlılar yarada biləcəyini elan edib. Professor hesab edir ki, bu durum dünyanın yaradılışına səbəb olan amillərin yenidən yaradıla biləcəyinə yol açır. Bu, Kvant mexanikası ilə cazibə qüvvəsinin birləşməsindən əmələ gələcək “kvant-cazibə qüvvəsi” texnologiyası sayəsində mümkün ola bilər. Əvvəllər Harvard Universitetinin Astronomiya bölümünün rəhbəri olan Avi Loeb bu fikirdədir ki, yadplanetlilər dünyamızın da içində olduğu kainatda başqa varlıqların da yaradıcısı ola bilər. Professor Sakit Okeana düşmüş bir meteordan çıxarılan yüzlərlə kiçik metal parçaları üzərində təhqiqat apardığını və nəticələri yaxın günlərdə elan edəcəyini deyib. Avi Loeb “Fox News”a açıqlamasında bəşəriyyətdən milyonlarla il əvvəl var olmuş sivilizasiyanın “Kvant mexanikası” və cazibə qüvvəsinin necə birləşdiyinə dair bir anlayış ortaya qoyduğuna inandığını söyləyib. Professor 2017-ci ildə ulduzlararası ziyarətçi “Oumuamua”nın yadplanetlilərə məxsus uçan boşqab olması nəzəriyyəsinin müəllifi kimi tanınır. Avi Loeb 2014-cü ildə Sakit Okeana düşən meteorun parçalarını əldə etmək üçün Papua – Yeni Qvineya sahillərində okeanın dərinliklərinə baş vurub və bu qalıqların yadplanetlilərin kosmik gəmisindən düşən parçalar olduğunda israr edib. Arizona Əyalət Universitetinin astrofiziki Stiv Desç isə A.Loebin iddialarını “elmi çirkaba batıran adlandırıb”. Lakin professor A.Loeb iddialarından geri çəkilmir. Loeb öz mülahizələrində israr edərək bildirib ki, kainatda bizdən başqa nə qədər aləmlər olduğunu bilmədiyimiz halda, bizdən başqa aləmlərin, varlıqların mövcudluğunu necə təkzib edə bilərik?! A.Loeb uzun müddətdir laboratoriyada kiçik varlıqlar yarada biləcəyini və bunu Kvant mexanikası və cazibə qüvvəsinin birləşməsiylə mümkün olacağını açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq
12:49 19.08.2026
Ekologiya
Ən ağrılı məsələ yenə də məktəbli çantalarıdır - Həkim-pediatr
12:47 19.08.2026
Sağlamlıq
Maddi-mədəni irsimizi gələcək nəslə sap-sağlam çatdırmaq üçün…
12:42 19.08.2026
Ölkə
Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub
12:20 19.08.2026
Hadisə
Rusiya Myanmanın ilk kosmonavtını hazırlayacaq
11:51 19.08.2026
Dünya