Alimləri təəccübləndirən kəşf
16:48 09.09.2023
Dünya
410
Quşabənzər dinozavr tapıldı
Çinin Fucien əyalətində uzun ayaqlı və quşa bənzəyən kiçik dinozavr qalıqları aşkarlanıb.“Sherg.az" “NTV.cm.tr”yə istinadən bildirir ki, Çin alimləri arxeoloji qazıntılar zamanı aşkarlanmış qalıqları morfoloji təkamülə, quşların ən erkən təkamül dövrünə işıq salan tapıntı adlandırıb. CNN-nin xəbərinə görə, “Fucienli qəribə ovçu” mənasında “Fujianvenator prodigiosus” adı verilən dinozavrın Son Yura dövrünə (148-150 milyon il əvvəl) hazırkı Çinin Fucien əyalətində yaşadığı bildirilib. Dinozavrı digər həmcinslərindən fərqləndirənsə ayaqlarının çox uzun olmasıdır. Pekin Onurğalı Paleontologiya və Paleoantropologiya İnstitutunun professoru Min Vang təxminən 640 qram ağırlıqda olan qalıqların quşların əmələ gəlməsi ilə bağlı mülahizələrə aydınlıq gətirdiyini deyib. Professor qeyd edib ki, bu qalıqlar quşların ən erkən dövrünə işıq salır. Lakin bu dinozavr növünün uçmaq xüsusiyyətinin olub-olmadığı hələ müəyyənləşməyib. Professor deyib ki, dinozavrın uzun ayaqları hazırda bir çox heyvan növündə rast gəlinir. Onlar əsasən bataqlıq ərazilərdə yaşayanlar və sürətlə qaçanlardır. Bu növ dinozavrların da bataqlıq ərazilərdə yaşadığını və sürətli qaçışa sahib olduqlarını söyləməyə əsas verir. Durna, leylək kimi quşlar da uzun ayaqlara sahibdirlər. Bu da dinozavrın göllər, gölməçələr olan ərazilərdə yaşamış olduğuna işarə edir. Professor aşkarlanmış dinozavr qalıqlarının quşların əcdadına işarə etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya