Almaniya Ukraynaya 2 milyarddan çox yardım edəcək
15:05 15.10.2025
Dünya
207
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn formatında keçirilən 31-ci iclasını açıb və hava hücumundan müdafiə sahəsində də daxil olmaqla, gələcək yardımı vəd edib.
Teleqraf xəbər verir ki, o, bu barədə oktyabrın 15-də Brüsseldə bildirib.
İclasda 50 ölkədən nümayəndə iştirak edir.
"Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik və genişləndirəcəyik. Yeni müqavilələrlə Almaniya 500 milyon ABŞ dolları dəyərində ayrıca paket də daxil olmaqla, 2 milyard avrodan çox əlavə yardım göstərəcək. Paketə hava hücumundan müdafiə sistemləri, Patriot HHM, radar sistemləri, yüksək dəqiqlikli artilleriya raketləri və sursat daxildir", - Pistorius bildirib.
Nazirin sözlərinə görə, Almaniya, həmçinin "çoxlu sayda" idarə olunan raketlərə malik iki IRIS-T sistemi, eləcə də portativ zenit-raket kompleksləri üçün yeni müqavilələr vasitəsilə Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləməyə davam edəcək. Bundan əlavə, Almaniya müasir tank əleyhinə silahlar, rabitə vasitələri və müasir atıcı silahlar tədarük edəcək.
O, artıq Ukraynaya təhvil verilmiş silah sistemlərinin modernləşdirilməsi və xidmət müddətinin uzadılması üzrə irimiqyaslı layihənin başlanması barədə məlumat verib. Pistoriusun sözlərinə görə, bu, tədarük edilən silahların döyüş meydanındakı dəyişikliklərə uyğunlaşdırılmasını və Ukrayna Silahlı Qüvvələri tərəfindən bundan sonra da səmərəli şəkildə istifadə olunmasını təmin edir.
Nazir, həmçinin Almaniya və Ukraynanın müdafiə sənayesi sahələri arasında əməkdaşlığın genişləndirilməsini vurğuladı və bugünkü görüşdən sonra ukraynalı həmkarı Denis Şmıqal ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalandığını bildirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual