Bəşər Əsəd Putinlə nəyi müzakirə edib? - “...Rusiya üçün qorxulu ssenarilər var”
Bəşər Əsəd Putinlə nəyi müzakirə edib? - “...Rusiya üçün qorxulu ssenarilər var”
11:07 14.09.2021
Dünya
639
Suriya Prezidenti Bəşər Əsəd Moskvaya elan olunmamış səfər edib. B.Əsəd Vladimir Putinlə danışıqlar aparıb. Danışıqlar Kremldə baş tutub.
V. Putin görüş zamanı Suriya prezidentinin siyasi rəqibləri ilə dialoq qurmaq üçün çox iş gördüyünü qeyd edib.
“Bizim birgə səylərimiz nəticəsində Suriyanın əsas və böyük ərazisi azad edilib. Sizin rəhbərlik etdiyiniz Suriya hökuməti ölkə ərazisinin 90 faizinə nəzarət edir”.
B.Əsəd Suriyaya qarşı tətbiq edilən sanksiyaların insanlıq əleyhinə yönəldiyini və qeyri-qanuni olduğunu deyib. O, Suriya və Rusiya Federasiyası ordularının birlikdə həyata keçirdiyi fəaliyyət nəticəsində terrorun məhv edilməsində əhəmiyyətli nəticələr əldə etdiklərini qeyd edib.
Səfərlə bağlı “Sherg.az”a danışan "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu Bəşər Əsədin ölkədə vətəndaş sülhünə nail ola bilmədiyini vurğulayıb:
“O, anlayır ki, rusların yardımı olmadan ona qarşı vuruşan qüvvələrin hərbi potensialını sıradan çıxara bilməyəcək. Rusiya Əsədə yardım etməsə, o, çox pis vəziyyətdə qalacaq və mövqelərini itirəcək. Bəşər Əsədi belə gedişat narahat edir. Ehtimal etmək olar ki, Əsədin Putindən xahişi olub ki, Rusiya qüvvələri Suriyada qalsın. Suriyada Rusiyanın Aralıq dənizindəki tək istinadgahı sayılan Tartus limanı yerləşir. Latakiyadakı aviabaza isə Rusiyanın bölgədəki ikinci hərbi varlığıdır. Bəşər Əsəd rejimi isə Rusiya silahlarının satışında müştərilər üçün yaxşı reklam rolunu oynayır”.
Analitik qeyd edib ki, Suriyadakı qeyri-sabitliyin Rusiya ilə qonşu ölkələrə yayılması Kremli narahat edir:
“Onu da qeyd edim ki, Rusiyada, həmçinin postsovet ölkələrində də olan cihadçı qruplar Kreml üçün təhdid hesab edilir. Eyni zamanda Putin Rusiyanın itirdiyi rolu yenidən qaytarmaq arzusundadır. Kreml ABŞ-ın qlobal qüdrətini zəiflətməyə və çoxqütblü dünyanı yaratmağa cəhd edir. Buna görə də Suriya, İran, Çin kimi dövlətlərlə münasibətlərdə əməkdaşlığa can atır. Rusiya özünün nüfuz dairəsində olan yerlərdə rejim dəyişikliyindən ehtiyat edir. Belə yerlərdə rejimin birdən-birə dəyişməsi Rusiya üçün qorxulu ssenaridir. Kreml hesab edir ki, bir neçə ildə onsuz da Gürcüstan, Ukrayna, Qırğızıstan, Liviya kimi yerlərdə rejimlərin dəyişməsinə kifayət qədər dözüb. Burada baş verən hadisələrdə Qərbin rolu olduqca böyükdür və həmin ölkələr Rusiyanın nüfuz dairəsindən uzaqlaşırlar. Bu baxımdan, Kreml Suriyanı əldən buraxmaq istəmir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm