Birləşmiş Millətlər Təşkilatı (BMT) Livanda Hizbullah və İsrail arasında atəşkəs razılaşması barədə xəbərləri alqışlayıb.
Teleqraf xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında çıxışı zamanı bildirib.
Dujarrik tərəfləri düşmənçiliyə son qoymağa, mövcud atəşkəs razılaşmalarına hörmət etməyə və dialoqu davam etdirməyə çağırıb.
BMT sözçüsü həmçinin bildirib ki, Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) bu gün İsrail qüvvələrinin Livan hava məkanını 49 dəfə pozduğunu və həmçinin Livan ərazisinə 51 hava hücumu həyata keçirdiyini qeydə alıb.