BMT, Türkiyə və Ukrayna taxıl dəhlizini Rusiyasız davam etdirmək qərarına gəlib
Yusif Nəzərli
13:42 01.11.2022
Dünya
416
Rusiya oktyabrın 29-da Krımdakı Sevastopol hərbi dəniz bazasına hücumu əsas gətirərək “Taxıl dəhlizi” sazişini dayandırdığını elan etsə də, BMT, Türkiyə və Ukrayna Rusiya olmadan dəhlizdən istifadəni davam etdirməyə qərar verib.
Oktyabrın 30-na keçən gecə Ukraynadan taxılla yüklənmiş daha 12 gəmi yola düşüb. Rusiya marşrutun birtərəfli daşımalara bağlandığını bildirərək “dəhlizdən istifadə edəcək gəmilərin hədəf ola biləcəyi” barədə xəbərdarlıq edib.
Davam etmək qərarı İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən qəbul edilib.
“Rusiyanın Qara dəniz sularını özəlləşdirməyə haqqı yoxdur. Məlum olduğu kimi, taxıl müqaviləsi iki ayrı sənəddən ibarətdir. Birincisi, Türkiyə, BMT və Rusiyanın imzaladığı müqavilədir. İkincisi, Türkiyə, BMT və Ukraynanın imzaladığı sənəddir. Dolayısıyla, Ukrayna Qara dənizin sularından istifadə etmək üçün Rusiyaya heç bir səlahiyyət verməyib. Bu məqamda razılaşmanın təminatçısı sayılan BMT və Türkiyənin qərar verməsi lazımdır”, - deyə Ukrayna hökuməti bildirib.
Tərəflər qərara gəliblər ki, Rusiya ilə razılaşma Ukrayna ilə razılaşma ilə əlaqəli deyil və dəhlizin davam etdirilməsi barədə razılığa gəlinib.
Mənbə: Hürriyet
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya