Bolqarıstanın təhlükəsizlik xidmətləri kompressor stansiyasının yaxınlığında partlayan naməlum pilotsuz uçuş aparatını araşdırır.
Sherg.az xəbər verir ki, hadisə bu gün səhər qeydə alınıb. Bolqarıstanın hava məkanına daxil olan naməlum dron daha sonra partlayıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazi polis tərəfindən mühasirəyə alınıb.
Hazırda hüquq-mühafizə orqanları dronun kimə məxsus olduğunu və hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirməyə çalışır.
Bolqarıstanın Baş naziri Rumen Radev hadisə ilə bağlı hökumətin Təhlükəsizlik Şurasının növbədənkənar iclasından sonra məlumat verib.