Britaniya Şaraaya qarşı sanksiyanı ləğv etdi

Böyük Britaniya Suriya Prezidenti Əhməd Şaraa və daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaları ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin (OFSI) yaydığı məlumatda bildirilir.
Sənəddə qeyd edilir ki, adıçəkilən şəxslər sanksiyalar siyahısından çıxarılıb və artıq aktivləri dondurulmağa məruz qalmır.