Britaniyanın elit xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi K3 Scout pilotsuz katerlərinin Çinə məlumat ötürdüyü üzə çıxıb.
Sherg.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.
Nəşrin məlumatına görə, dəyəri təxminən 12 milyon funt sterlinq olan pilotsuz katerlər mart ayından istifadə edilib. Kibertəhlükəsizlik üzrə yoxlama zamanı K3 Scout katerlərində Çin istehsalı komponentlərin olduğu və onların Çindəki IP ünvanına cihazların onlayn fəaliyyətini təsdiqləyən məlumatlar göndərdiyi müəyyənləşib.
Məlumat sızması aşkar edildikdən sonra Britaniya Müdafiə Nazirliyi dronlardakı kameraların internet bağlantısını kəsib.
Pilotsuz katerlərin Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi üzrə Britaniya missiyasında istifadəsi planlaşdırılırdı.