Britaniyanın kəşfiyyat təyyarəsi: Rusiya sərhədi boyunca uçur

Britaniyaya məxsus kəşfiyyat təyyarəsi Boeing Poseidon MRA1 Pskov və Sankt-Peterburq bölgələri yaxınlığında Rusiya sərhədi boyunca uçuş həyata keçirir.

Sherg.az xəbər verir ki, bu barədə RIA Novosti uçuş məlumatlarının təhlilinə əsasən xəbər verib.

Təyyarə Şotlandiyadakı Kral Hərbi Hava Qüvvələrinin Lossimaut aviabazasından havaya qalxıb. O, Kalininqrad yaxınlığından keçdikdən sonra şimala istiqamətlənib və Latviya, Estoniya və Finlandiya əraziləri üzərindən bir neçə dəfə Rusiya sərhədi boyunca uçuş edib.

Son illərdə Rusiya Qərb sərhədləri yaxınlığında NATO-nun görünməmiş fəallıq nümayiş etdirdiyini bildirir. Alyans isə bu addımları “Rusiya təcavüzünün qarşısının alınması” kimi qiymətləndirir. Rusiya hakimiyyəti dəfələrlə blokun Avropada hərbi mövcudluğunu artırmasından narahatlığını ifadə edib.