BTQ-dən kanak xalqına tam dəstək...
19:19 20.06.2024
Dünya
397
Bakı Təşəbbüs Qrupunun hərtərəfli və uğurlu fəaliyyəti nəticəsində müstəmləkələkəçilikdən əziyyət çəkən regionlardakı real vəziyyət barədə dünya ictimaiyyətinin məlumatlılığı ardıcıl olaraq artıb və artırmaqda davam edir.
Axar.az xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun BMT-nin müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı yaradılan xüsusi komitəsinin (C24) illik iclası çərçivəsində təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçirilən konfransın iştirakçılarına videomüraciətində deyilir.
“Təşkilatımız bərabərlik və ədalət prinsipinin qorunub saxlanması üzrə bütün haqlı fəaliyyəti bundan sonra da dəstəkləyəcək və biz insan hüquqlarının təşviqi və müdafiəsini rəhbər tutaraq müstəmləkəçiliyin aradan qaldırılmasına mühüm töhfə verəcəyimizə inanırıq. Məlum olduğu kimi, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mübarizəyə dəstək məqsədlə artıq bir sıra beynəlxalq tədbirlər keçirilib. Burada müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni nəticələri, müstəmləkə regionlarında insan hüquqlarının pozulması kimi məsələlər müzakirə olunub”, - deyə bildirilib.
O qeyd edib ki, fransız müstəmləkəçi doktrinasının xalqların öz müqəddəratını təyinetmə hüququnu inkar etməsindən bu gün ən çox əziyyət çəkən kanak xalqıdır.
İcraçı direktor kanak xalqı ilə tam həmrəylik ifadə edib və onların ədalətli mübarizəsini dəstəklədiyini açıqlayıb. Həmçinin Fransa hakimiyyətindən təklif olunan düzəlişlərin ləğvini tələb edib.
A.Abbasov qeyd edib ki, kanak xalqını və digər müstəmləkə ərazilərini müstəqillik əldə edənə qədər dəstəkləmək beynəlxalq hüquqa görə bir öhdəlikdir.
Abbasovun sözlərinə görə, təşkilat Bakı şəhərində Müstəqillik Hərəkatlarının Qurultayına ev sahibliyi etməyə hazırlaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi