Bu ölkədə eynicinslilərin evlənməsinə dair QANUN...


İsveçrədə eynicinslilərin evlənməsi ilə bağlı keçirilən referendumda seçicilərin 64 faizi "hə" deyib.  Beləliklə, homoseksualların evlənməsi və uşaqları övladlığa götürülməsi ilə bağlı qanun qəbul edilib.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, 8.6 milyon əhalisi olan İsveçrədə qeydiyyatdan keçmiş 5.5 milyon seçicidən təxminən 3 milyonu referenduma səsverməyə gedib.
Ümumxalq referendumunun nəticələrinə görə, eynicinslilərin evlənməsinə və övladlığa uşaq götürülməsinə icazə vermək üçün seçicilərin təxminən 64 faizi "bəli", 36 faizi isə əleyhinə səs verib. Beləliklə, homoseksualların evlənməsi ilə bağlı qanun qəbul edilib.

Yeganə Bayramova