
Çətin yol qət etsə də, sonda Avropa güclənəcək - ŞƏRH
Çətin yol qət etsə də, sonda Avropa güclənəcək - ŞƏRH
05:01 30.07.2025
Dünya
375
ABŞ Prezidenti Donald Tramp ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen arasında ticarət razılaşması imzalanıb. Görüş Şotlandiyada Aberdşirdəki yeni qolf sahəsinin açılış mərasimi çərçivəsində baş tutub. Bununla bağlı Prezident Tramp bəyan edib: “Biz razılaşma əldə etdik. Bu, hamı üçün faydalıdır”.
Yeni razılaşmaya əsasən, ABŞ Avropa İttifaqından idxal olunan məhsullara 15 faiz tarif tətbiq edəcək. Əvəzində isə Aİ ABŞ-dən 600-750 milyard dollar dəyərində enerji məhsulları almağı və əlavə investisiyalar qoymağı öhdəsinə götürüb. Donald Tramp sazişi “hər kəs üçün yaxşı və ədalətli razılaşma” adlandırıb. Ursula fon der Lyayen isə bu razılaşmanın transatlantik ticarət münasibətlərinin sabitləşdirilməsi üçün mühüm addım olduğunu bildirib. ABŞ və Avropa İttifaqı (Aİ) arasında imzalanmış gömrük razılaşması geniş müzakirələrə və narazılığa səbəb olub. Rəsmi Brüssel bu sənədi ticarət qarşıdurmasının qarşısını alan zəruri güzəşt kimi təqdim etsə də, xüsusilə Fransada səslənən tənqidlər razılaşmanın daha çox siyasi və iqtisadi geri çəkilmə olduğunu göstərib. Fransanın Baş naziri Fransua Bayru bu razılaşmanı “Avropanın qaranlıq günü” və “təslim olma” kimi qiymətləndirərək kəskin tənqid edib. O, razılaşmanın Avropa üçün ədalətsiz və qeyri-bərabər olduğunu vurğulayıb. Benjamən Haddad və Lorent Sən-Martən kimi mərkəzçi siyasətçilər də razılaşmanı balanssız adlandırıblar. Narazıların fikrincə, müqavilənin mahiyyəti və konteksti göstərir ki, bu, yalnız iqtisadi qərar deyil, həm də geosiyasi təslimiyyətin və Aİ-nin parçalanmış xarici siyasətinin əlamətidir. Sosialist partiyasının rəhbəri Olivye For razılaşmanı “şərəfsizlik” adlandıraraq avropalıların yenidən milli maraqları prioritet tutduğunu və Avropa birliyini ikinci plana atdığını bildirib. Marin Le Pen isə razılaşmanı “siyasi, iqtisadi və mənəvi fiasko” adlandırıb.

Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl deyib ki, ABŞ Prezidenti Donald Tramp bütün hakimiyyəti dövründə dominant olmağı sevib. Ekspertin sözlərinə görə, adətən, siyasət ambisiyası hər şeyin üzərində olur:
"Hətta bəzən iqtisadiyyatdan belə imtina edilir. Amma Tramp dövründə iqtisadiyyat daha çox önə çəkilir və siyasət onun üzərində qurulur. Görüşün Şotlandiyada qolf klubunda baş tutması da Trampın xarakterindən irəli gəlir. Həm də məsələlər bir növ həll olunmuşdu, ABŞ-də müəyyən görüşlər keçirilmişdi, çətinliklər çözülmüşdü. Ona görə də D.Trampın Avropaya rəsmi səfər etməsinə, Brüsselə, Parisə gəlməsinə ehtiyac qalmamışdı. Tramp üçün iqtisadiyyat hər şeydən önəmlidir və nəticədə Avropa İttifaqı ilə 600-750 milyard dollar dəyərində müqavilə imzalanıb. Düzdür, bu, Trampın ərəblərdən aldığı 3 trilyon dolların qarşısında zəif görünə bilər. Amma Aİ həm də ABŞ-dən yüz milyardlarla dollarlıq mal alacaq. ABŞ Rusiya ilə müharibə aparan Ukraynaya belə silahları satır, havayı vermir. Çünki Tramp bunun biznes olduğunu vurğulayır. Əgər Ukraynanın pulu yoxdursa, silahın pulunu Avropa ölkələri ödəməlidir. Tramp hər şeyi iqtisadiyyat üzərində qursa da, əsas uğuru odur ki, siyasəti də bada vermir. Həmçinin, qaz təminatı məsələsində Avropanın Rusiyadan asılılığını xeyli aşağı salır. Avropanın Rusiyaya qaza görə ödədiyi maliyyə Ukraynaya verdiyi puldan çoxdur. Çünki rus qazından asılıdır. Yəni Avropa burada uduzmur. Tramp öz qərarları ilə Avropanı əslində möhkəmləndirmək istəyir. NATO-ya üzv ölkələr ÜDM-nin 5 faizini 2035-ci ilədək, qarşıdakı 10 il ərzində artırmalıdır. Avropa İkinci Dünya müharibəsindən sonra daha çox iqtisadi məsələlərə önəm verib. Hərbi gücü ABŞ təmsil edib. Ukrayna məsələsi ortaya çıxanda bəlli oldu ki, Avropa zəifdir və Amerikasız bacarmır. O mənada elə bilməyək ki, Avropa İttifaqı bu sövdələşmədə uduzan tərəfdir. Avropa çətin yol qət etsə də, sonda güclənəcək".
İ.İsmayıl Avropada, xüsusən Fransada bəzi siyasi dairələrinin bu sazişi tənqid etməsinə də münasibət bildirib:
"Avropada Fransanın hər zaman parçalanma siyasəti apardığını görmüşük. 1960-cı illərdə Şarl de Qolun vaxtında ölkənin NATO-dan çıxması və geri qayıtmasını xatırlayırıq. Fransa həmişə fərqli siyasət aparıb. İrana qarşı Fransanın münasibəti başqa, Avropanın münasibəti isə başqa cür olub. Fransa daxilində Mari Le Penin radikal-sağçı mövqeyini bilirik. Mari Le Pen də Böyük Britaniya kimi Fransanın Avropa İttifaqından çıxmasını istəyir. Amma hesab etmirəm ki, bunlar Avropanın parçalanması ilə nəticələnəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region