Çin Xarici İşlər Nazirliyi İranın İordaniyadakı ABŞ hərbi bazasına hücum hazırlayarkən Çin təşkilatlarından peyk görüntüləri aldığı barədə məlumatları təkzib edib.
Sherg.az xəbər verir ki, XİN sözçüsü Quo Tszyakun ittihamları əsassız adlandırıb və Pekinin beynəlxalq öhdəliklərinə ciddi əməl etdiyini bildirib.
Qeyd edək ki, iyulun 17-də İranın Müvəffaq əs-Salti aviabazasına raket zərbəsi nəticəsində 3 ABŞ hərbçisi ölüb, 4 nəfər yaralanıb.