
Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
13:27 29.07.2025
Dünya
531
"Üç ildən çox davam edən Rusiya–Ukrayna müharibəsi dünyanın hərbi-siyasi və ən əsası da geoiqtisadi strategiyalarını dəyişib. Müharibə zahirən Rusiya və Ukrayna arasında getsə də, qarşıda ABŞ və NATO olduğu artıq mübahisə mövzusu deyil. Əlbəttə, gedən müharibədən hələ ki, qazanclı tərəf ABŞ-dır".
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, geosiyasi, geoiqtisadi, strateji baxımdan isə Rusiya–Ukrayna müharibəsindən daha çox qazanan məhz Çindir. Və təbii ki, Çin maraqlıdır ki, müharibə davam etsin, hərçənd ki, Çin müharibəyə maraqlı olmadığını və neytrallığını bildirir:

“Amma bu, yalnız diplomatik örtükdür ki, reallıqda Çin bu qarşıdurmanın uzanmasında və Qərbi, həmçinin Rusiyanı yormasında birbaşa və ən çox maraqlıdır. Çinin Rusiya–Ukrayna müharibəsində maraqları aydındır. Əvvəla, iqtisadi və hərbi rəqibi ABŞ iki cəbhədə döyüşür. Vaşinqton paralel olaraq həm Rusiya ilə hərbi, həm də Çinlə iqtisadi mübarizə aparır. Çin üçün isə rəqiblərin tükənməsi ona yeni imkanlar açır. Rusiyanın NATO ilə qarşıdurmada Çindən daha da asılı hala gəlməsi Qərb sanksiyalarının nəticəsidir. Bu sanksiyalar Rusiyanın Çindən asılılığını daha da dərinləşdirir. Rusiya qazını, neftini, hətta texnoloji komponentlərini Çinə endirilmiş qiymətlərlə satmaq məcburiyyətindədir. Rusiyanın bu asılığından təkcə iqtisadi qazanc əldə edilmir – həm də təsir dairəsi genişlənir. Rusiya–Ukrayna müharibəsi nəinki Rusiyanı iqtisadi cəhətdən çökdürür, ən əsası insan resursları və demoqrafik baxımdan ölkəni zəiflədir, əhali boşluğu yaradır. Demoqrafik boşluq, iqtisadi asılılıq və artıq "sülh ekspansiyası" ilə Rusiyada möhkəmlənmiş Çin perspektivdə Rusiya hesabına ərazisini genişləndirmək üçün real imkanlar əldə edir. Çin bu qarşıdurmanın yaratdığı imkanlarla "sakitcə" iqtisadi hasarlanma salır. Çin "Bir Kəmər, Bir Yol" layihəsi ilə Afrikadan Latın Amerikasına qədər iqtisadi təsir zolağını genişləndirir – özü də heç bir güllə atmadan, ordu yeritmədən”.
V. Dadaşov qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi Qərb dünyası daxilində fikir ayrılığı yaradır, parçalanmalara səbəb olur. Artıq Qərb daxilində həm Rusiya, həm də Ukraynaya qarşı tamamilə fərqli yanaşmalar var:
“ Hətta yeni və ayrı hərbi alyansın da yaranması gündəmdədir. Müharibənin uzanması Avropa İttifaqında sosial və iqtisadi böhranlar doğurur, enerji təhlükəsizliyində real çətinliklər ortaya çıxır. Məcburiyyətdən alternativ layihələr irəli sürülür – hansı ki, qısa zamanda icrası və bəhrəsi mümkün deyil. Bu da daxildə narazılıqlara səbəb olur, ictimai fikirdə radikallaşma baş qaldırır. Rusiya–Ukrayna müharibəsinin yaratdığı vəziyyət strateji fürsət kimi Çinin Tayvan üzərinə təzyiqlərini artırmağa imkan verir. Bu vəziyyətdə də ABŞ Asiya–Sakit Okean regionunda Çinin qarşısını almaq gücündə deyil. Göründüyü kimi, Çin nə açıq müharibə aparır, nə də Qərblə birbaşa konfliktə girir. Ancaq fakt budur ki, Çin iştirak etmədiyi münaqişələrdən güclənərək çıxır. Bu, klassik Çin siyasi fəlsəfəsinin – “çəkilmə, müşahidə et, zəifləyəni ələ al” – real tətbiqidir. Çin üçün nə Ukraynanın ərazi bütövlüyü, nə də Rusiyanın təcridi vacib deyil. Məqsəd, dünya iqtisadiyyatında liderliyin Çinə keçməsidir. Bu isə nəticə etibarilə Çinin hərbi qələbəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm