Düşünürəm ki, daha böyük bir müharibənin başlanğıcındayıq. Elə buna görə də ümid edirdim ki, indiyədək kimsə sülhün bərqərar olması üçün müəyyən addımlar atmış olacaq.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Lakin bu baş vermədi və yaxın zamanda da baş verəcəyi görünmür. Bu isə o deməkdir ki, biz daha böyük, çox-çox böyük bir müharibənin astanasındayıq”, - o bildirib.