
“Dənizdən-dənizə böyük Ermənistan” qayəsi: İllərlə erməniləri uyudublar
12:13 18.04.2024
Dünya
541
Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya səbəb olacaq.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib.
"Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək", - Paşinyan bildirib.
Ermənistanın Baş Nazirinin fikirlərinə münasibət bildirən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, Paşinyan son zamanlar erməni cəmiyyətinə mövcud məsələlərə qarşı mifik yalanlarla deyil, reallıqlarla yanaşmağı təklif edir:
“Erməni xalqı indiyə qədər mifik yalanlar kontekstində istismar olunub. Erməni lobbisi Qondarma “erməni soyqırımı” vasitəsilə milyardlar qazanc gətirən sanayeni istismar edir. Eyni zamanda onların, yalançı ərazi məsələləri mövcuddur. “Dənizdən-dənizə böyük Ermənistan” qayəsi altında illərlə erməniləri uyudublar. Paşinyan bu cür yuxudan erməni xalqına ayılmağı tövsiyə görür. Bu gün revanşist qüvvələrlə Paşinyan höküməti arasında erməni ictimai rəyi uğrunda mübarizə gedir. Nikol Paşinyan həqiqətləri təklif etdiyi halda, müxalif qüvvələr müxtəlif qlobal şəbəkələrin geosiya aləti olaraq böhtan və yalanlarla erməni xalqını aldatmağa çalışır. Həmçinin həmin qüvvələr Paşinyan hökumətini devirməklə yenidən hakimiyyətə gəlmək istəyirlər”.

Ekspert vurğulayıb ki, Ermənistan 50 metr yaxınlığında olan Azərbaycanla dost ola bilər:
“Yəni Nikol Paşinyan xalqa bunu başa salmağa çalışır. Dost olmaq sülh müqaviləsi imzalamaqdır. Sülh sazişi isə əməkdaşlıq, ticarət, qazanc, yaşayış təminatını düzəltmək və inkişaf deməkdir. Erməni cəmiyyəti yenidən mifik yalanlarla yuxuya gedib, itki vermək istəsə, öz seçimlərini etmiş olacaqlar. Erməni xalqı verdiyi qərarın nəticəsinə qatlanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət