"Dünya post-Putin, zəifləmiş Rusiya dönəminə hazırlaşır"
Yusif Nəzərli
07:30 18.10.2022
Dünya
502
Natiq Cəfərli:"Yeni modeldə Orta Asiyanın türk respublikalarının üzərinə böyük rol düşür"
"Orta Asiyanın türk respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən birinə çevriləcək". Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, dünyanın iqtisadi inkişafının "motoru" Asiyaya, Çinə, Hindistana və hər iki dövlətin orbitində olan ölkələrə keçib: "Yaxın 20 ildə iqtisadi mərkəz məhz Hind-Sakit okean hövzəsi olacaq. Yeni modeldə Orta Asiyanın türk respublikalarının üzərinə böyük rol düşür. Onlar körpü, müxtəlif fraqmental lider ölkələr arasında bufer zona rolunda olacaqlar. Həmin ölkələri həm də Rusiyanın gələcək fiaskosuna hazırlamaq lazımdır. Əslində bütün dünya bu gün post-Putin, zəifləmiş Rusiya dönəminə hazırlaşır. Ölkələr onilliklərə hesablanmış "vizion" qurur. Yeni dünyada türk cümhuriyyətlərinin unikal rolunun olması üçün öz aralarında sıx inteqrasiya bağlarının, əsas da dövlətlərarası koordinasiya institutlarının yaradılması çox önəmlidir".
N.Cəfərliyə görə, bu missiyada Azərbaycanın unikal mövqeyi ola bilər:
"Orta Asiya türk respublikaları üçün biz Türkiyədən "bir köynək" daha yaxınıq. Türkiyə vacib, önəmli, güclü "oyun qurucu" rolunu gücləndirməli, Azərbaycan isə Orta Asiyanı Türkiyəyə, eləcə də dünyaya bağlayacaq strateji körpü olmalıdır. Azərbaycan Xəzərin o tayında böyük "yumşaq gücə" malikdir. Biz bunu ölkədə yaşayaraq anlamasaq da, Xəzərin o tayı bizə Avropa kimi baxır. Bizi Avropa sayır, bunu doğru dəyərləndirməliyik.
Hər şey çox tez dəyişir, dəyişəcək, qlobal dünyadan fraqmental dünyaya keçid baş verir. Bu yeni formatda Türkiyə fraqmental dünyanın yeni regional güc mərkəzi, Azərbaycan isə bu yeni güc mərkəzinin əsas oyunçusu ola bilər. Bunun üçün Türk Dövlətləri Birliyinin (TDB) işlək koordinasiya institutları yaranmalıdır. TDB ərazi olaraq böyük bir coğrafiyadır, əhali olaraq 160 mln.luq bazardır.
Bu qurum öz gücünü və nüfuzunu dəqiq hesablaya, doğru dəyərləndirib düzgün strategiya qura bilsə, gələcək fraqmental dünyanın əsas oyun qurucularından biri olacaq. 10-20 il önə baxmağı bacarmaq, gələcəyin təməlini düzgün qoymaq zamanıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm