Əfqanıstana 1,1 milyard dollardan çox ianə vəd edilib
18:48 13.09.2021
Dünya
664
“BMT-nin İsveçrənin Cenevrə şəhərində nazirlər səviyyəsində keçirdiyi Əfqanıstana humanitar yardım konfransında 1,1 milyard ABŞ dollarından çox ianə vəd edilib”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik mətbuata açıqlamasında bildirib.
O, ianələrin dəqiq sayının bu gün başa çatacaq konfransdan sonra açıqlanacağını deyib.
Konfransa BMT-yə üzv olan 96 ölkənin nümayəndələrinin qatıldığını deyən Stefan Dujarrik BMT-nin baş katibi Antonio Quterreşin beynəlxalq birliyin Əfqanıstan xalqına humanitar yardım mexanizmini aktivləşdirmək səylərindən məmnun olduğunu dilə gətirib:
“Bu gün başlayan konfransın açılışında çıxış edən Baş katib beynəlxalq ictimaiyyətə çağırış edərək bu ilin sonuna kimi Əfqanıstanda təxminən 11 milyon insana 606 milyon dollarlıq humanitar yardım istəyib. Əfqanıstanda 38 milyon insanın yardıma ehtiyacı var. BMT rəsmiləri hər üç əfqan vətəndaşından birinin növbəti yeməyinin haradan alınacağını bilmədiyini söyləyir. Yaşı 5-dən az olan əfqan uşaqların təxminən yarısının qarşıdakı 12 ay ərzində qida çatışmazlığı ilə üzləşə biləcəyi təxmin edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm