Əhməd əl-Şaraa Rusiyadakı Suriya diasporunun nümayəndələri ilə görüşüb
16:55 15.10.2025
Dünya
218
Suriyanın keçid lideri Əhməd əl-Şaraa Rusiyadakı Suriya diasporunun nümayəndələri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd olunur ki, görüş Moskva hotellərindən birində keçirilir .
Xatırladaq ki, Suriya Prezidenti Əhməd əl-Şaraa ilk işgüzar səfəri üçün Moskvaya gəlib və bu səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Danışıqlar iki saat yarımdan çox davam edib.
Danışıqlar zamanı Putin bəyan edib ki, Moskvanın Dəməşqlə münasibətləri həmişə Suriya xalqının maraqlarını rəhbər tutur. O qeyd edib ki, Rusiya heç vaxt Suriya ilə münasibətlərin inkişafını hansısa xüsusi maraqlarla və ya siyasi məqsədəuyğunluqla əlaqələndirməyib.
Danışıqlardan sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın Suriyanın infrastrukturunun bərpasına yardım etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, yaxın vaxtlarda ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Bundan əvvəl Suriya Prezidenti əl-Şaraanın Putinlə görüşdə Əsədin ekstradisiyasını tələb edəcəyi bildirilirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual