Ərdoğan Qarabağa gəlir!- “Fransaya “Həddini bil!” mesajı verilir”
Ərdoğan Qarabağa gəlir!- “Fransaya “Həddini bil!” mesajı verilir”
Yusif Nəzərli
13:48 18.10.2022
Dünya
808
Dünən Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Prezidentinin Azərbaycana səfər edəcəyini deyib.
O bildirib ki üç gün sonra cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək. Biz də bunun həyəcanını yaşayırıq:
Baş tutacaq səfərin məramını “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Türkiyə prezidenti bu səfərlə Ermənistanı dəstəkləyən Fransaya dərs verir:
“Türkiyənin Azərbaycanda apardığı fəaliyyətlər qardaşlıq prinsipi ilə paralel olaraq, Cənubi Qafqazda söz sahibi olmaq üçün həyata keçirilir. Rusiya isə artıq buna mənəvi cəhətdən razılıq verib və yaxud müəyyən şeylərə göz yumur. Lakin burada Avropa məsələsi ortaya çıxır. Əsasən də uzun illər Türkiyə və Azərbaycanın fəaliyyətlərinə qarşı çıxan Fransa, indi də Ermənistanı cəsarətləndirən müəyyən açıqlamalar verir.
Bununla da o verdiyi sözlərə əməl etmir. Nəticədə də Türkiyə Fransaya dərs vermək üçün “Biz Azərbaycanın yanındayıq.Ürəyim istədiyi vaxt Qarabağa gedib orada görüşmələr keçirirəm, amma siz bunu edə bilmirsiz” mesajı göndərir. Xatırlayırsızsa əvvəlki dönəmlərdə Fransa prezidetliyinə namizəd bir şəxs də Ermənistan vasitəsi ilə qanunsuz olaraq Qarabağa gəlmişdi.
Bütün bunlara cavab olaraq Türkiyə, Cənubi Qafqazda özünü ev sahibi kimi hiss etdiyini dünyaya göstərir. Ən əsasi isə sözünü rəsmi Parisə eşitdirir.
Rusiya ilə isə ciddi problem olduğunu düşünmürəm. Çünki Kremlin başı Ukraynaya qarışıb.
Digər tərəfdən Moskva və Ankara təbii qaz və digər sahələrdə əməkdaşlıq edir. Buna görə də Moskva hər şeyə göz yumur. Ancaq İrəvanı dəstəkləyən Avropa ölkələri Türkiyənin bu cür fəaliyyətlərinə göz yuma bilmir.
Rəsmi Ankara bu səfərlə Fransaya “Həddini bil, Azərbaycanın yanındayıq” mesajı verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm