Ərdoğan: “Türkiyə tezliklə öz HHM sistemlərini satacaq”
20:13 30.08.2023
Dünya
434
Türkiyə tezliklə öz hava hücumundan müdafiə (HHM) sistemlərini satmağa başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hərbi akademiyada çıxışı zamanı bildirib.
“Daha əvvəl öz istehsalımız olan “Siper” hava hücumundan müdafiə sistemimizi uğurla sınaqdan keçirmişik. Tezliklə biz müxtəlif bəhanələrlə bu sistemləri bizə satmayanlara öz HHM sistemimizi satan ölkəyə çevriləcəyik”, - o, ABŞ ilə “Patriot” sistemlərinin alışı ilə bağlı uzun sürən və nəticəsiz qalan danışıqlara eyham vuraraq deyib.
“Siper” istənilən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş uzun mənzilli zenit-raket kompleksidir.
“Müdafiə sənayemiz ölkəmizi yüksək liqalaya çıxarıb. Bu ilin sonuna kimi yerli istehsalımız olan “Kaan” beşinci nəsil qırıcısının ilk uçuşunu da görəcəyik. “Bayraktar Kizilelma” pilotsuz uçuş aparatının sınaqlarını başa çatdırmaq və onu ordunun arsenalına qatmaq istəyirik”, - Ərdoğan söyləyib.
O, həmçinin əlavə edib ki, Türkiyə güclü və müasir orduya sahib olmaqdan imtina edə bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət