FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı

Türkiyədə FETÖ-yə üzv olmaq ittihamı ilə barəsində həbs cəzası qüvvəyə minmiş ehtiyatda olan polkovnik saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, keçirilən əməliyyat zamanı FETÖ-yə üzv olmaqda təqsirli bilinən və barəsində 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış şəxsin Kocaelinin Gölcük rayonunda olduğu müəyyən edilib və oradaca saxlanılıb.

Saxlanılan polkovnikin adı açıqlanmayıb.