Finlandiyalı siyasətçi: Miqrasiya böhranı fonunda Aİ daxilindən parçalanır

Finlandiyanın milli-mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü Armando Mema İspaniyada yaşanan miqrasiya böhranı fonunda Avropa İttifaqının (Aİ) daxilində fikir ayrılıqlarının dərinləşdiyini bildirib.

Sherg.az xəbər verir ki, siyasətçi X sosial şəbəkəsində paylaşımında Aİ ölkələrinin İspaniyaya dəstək vermək əvəzinə ona qarşı addımlar atdığını iddia edib.

"İspaniya ilə həmrəylik nümayiş etdirmək əvəzinə, Avropa ölkələri ona qarşı tədbirlər görür. Aİ daxilindən parçalanır", – deyə Mema qeyd edib.

Onun sözlərinə görə, Avropa dövlətlərinin "Avropa İttifaqının intiharı" adlandırdığı prosesdən xilas olması üçün milli suverenliyə qayıtması zəruridir. Mema həmçinin miqrantların İspaniyanın suverenliyini zəiflətmək üçün alətə çevrildiyini iddia edərək ölkəyə dəstəyini ifadə edib.