Fransanın dövlət borcu, yeni kreditlər üzrə faizlər də artmaqda davam edir, beləliklə, gələn il ölkənin borc yükü 74 milyard avroya çatacaq.
Axar.az xəbər verir ki, bunu Fransa Hesablama Palatasının rəhbəri Pyer Moskovisi "La Tribune Dimanche" qəzetinə müsahibəsində deyib.
"Biz dövlət maliyyə tariximizdə tamamilə görünməmiş bir məqama yaxınlaşırıq: Borc yükü tezliklə dövlətin əsas xərc maddəsinə çevriləcək. Bu o deməkdir ki, fransızların gözlədiyi müsbət prioritetlər üçün daha az pul olacaq: ətraf mühit və rəqəmsal keçidin və müdafiənin maliyyələşdirilməsi", - deyə o vurğulayıb.
Moskovisinin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatını dəstəkləmək üçün rəsmi Paris Fransa üçün borc faizinin yüksəldiyi bir vaxtda 310 milyard avro borc götürməli olacaq.