Fransada “sarı jiletlilər” geri qayıdır?
18:08 28.08.2025
Dünya
406
Fransada sentyabrın 10-da keçirilməsi planlaşdırılan böyük etiraz aksiyasından əvvəl sarı jiletlilər öz şəbəkələrini yenidən aktivləşdirir. Sosial şəbəkələrdə yayılan “ölkəni bloklamaq” çağırışları 2018-ci ildə başlanan ilk “sarı jilet” hərəkatını xatırladır və artıq bir çox tanınmış simalar yenidən səhnəyə qayıdır.
AZƏRTAC xəbər verir ki, Fransada 10 sentyabr yeni bir xalq hərəkatının başlanğıcı kimi gözlənilir. “Bu, bir doğuluş deyil, bu, bir qəzəbin yenidən doğulmasıdır”, - deyə 2019-cu ildə polis tərəfindən gözünü itirmiş Jerom Rodrige bildirir. Onun sözlərinə görə, artıq ilk addımlar atılıb, avqustun 24-də Valence-Sud ödəniş məntəqəsinin açılması ilə başlayan hərəkatlar, rəsmi olmasa da, 2018-ci ilin ruhunu daşıyır. “Bir dəfə sarı jiletli oldunsa, həmişə sarı jiletlisən”, – deyə o vurğulayıb.
Hərəkatın əsas çağırışı sentyabrın 10-da ölkə üzrə tam blokada yaratmaqdır: bank kartlarının istifadəsindən imtina, yol kəsişmələrinin tutulması və ictimai həyatın iflic edilməsi.
“Facebook” və “Telegram” üzərindən 20-dən çox şəhərdə ümumi yığıncaqlar təşkil olunub. Hesabatlarda vurğulanır ki, iştirakçılar əsasən əvvəlki sarı jiletlilər olub. İnsanlar bunun sistemə qarşı bir qəzəb dalğası, əvvəlki qəzəbin hələ də yerində və indi bəlkə də daha dərin olduğunu deyirlər.
Fəalların çoxu bu hərəkatın partiyalardan kənar (transpartizan) qalmasını istəyir. Lakin artıq bir sıra siyasi partiyalar, eləcə də “Əyilməz Fransa” (La France insoumise-LFİ) hərəkatının lideri Jan-Lük Melanşon “Hər şeyi bloklayaq” çağırışını dəstəklədiyini bəyan edib.
Bu isə bir çox sarı jiletlilərin narazılığına səbəb olub. 2018-ci ildə bu hərəkatın gücünün apolitik olduğunu bildirərək, indi sol partiyaların onu ələ keçirmək istədiyini və belə olan təqdirdə insanların küçəyə çıxmaq istəməyəcəyini deyirlər. Hərəkatın siyasi müdaxilə ilə zəifləyəcəyindən narahatlıq qeyd edilir. Bildirilir ki, əgər bu, həmkarlar ittifaqının aksiyasına çevrilərsə, təsiri məhdud olacaq. Amma əgər xalq hərəkatı şəklini alarsa, bu, uzunmüddətli dalğa ola bilər.
“Franceinfo”nun məlumatına görə, hərəkat əsasən daxili sosial narazılıqlardan qaynaqlanır. Həmçinin bu hərəkatın sosial ədalətsizliyə qarşı xalqın cavabı olduğu və etirazın kökünün dəyişmədiyi vurğulanır.
Sentyabrın 10-da nə baş verəcəyini demək hələ tezdir. Amma bəllidir ki, Fransada sosial narazılıq təkrar alovlanır. Sarı jiletlilər artıq adla yox, amma ruh və simvol olaraq yenidən gündəmdədir.
“Biz, sarı jiletlilər kimi xalqın gündəlik həyatındakı ədalətsizliyə qarşı ayağa qalxırıq. Bu, yeni bir mərhələnin başlanğıcı ola bilər”, - deyə “Indignons-nous!” teleqram qrupu yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm
Lavrov Azərbaycana gəlir
12:41 14.10.2026
Dünya