Generalın öldürülməsinə görə Tehran intiqam sözü verir - Böyük savaş...
Yusif Nəzərli
06:25 03.01.2020
Dünya
975
"İranın əfsanəvi generalı İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, Qasım Süleymaninin Bağdadda öldürülməsi bölgədə vəziyyəti gərginləşdirəcək".
"Sherg.az" xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, 3 gün əvvəl yazdığım statusda Amerika ilə İranın İraq ərazisində savaşdığını yazmışdım:"Amerika İraqda İranın dəstəklədiyi Hizbullahın mövqelərini bombaladı, ardından Amerikanın Bağdaddakı səfirliyinə hücum təşkil edildi. Vaşinqton səfirliyə hücumun arxasında İranın dayandığını iddia edir. Məsələ burasındadır ki, bir müddət əvvəl də İranın İraqdakı konsulluğuna hücum edilmişdi. İran da konsulluğua hücumun arxasında Amerikanın dayandığını iddia etdi. Amerika elə Süleymanini də məhz ona görə Bağdadda raket zərbəsi ilə öldürdü ki, hamıya göstərsin ki, elə Amerika səfirliyinə hücumun planını Bağdadda olan Süleymani planlaşdırıb. Süleymani həqiqətən İranın İraq və Suriyadakı hərbi birləşmələrini və silahlı tərəfdar qruplarını idarə edirdi.
Tehran intiqam sözü verir. Terror savaşı başlaya bilər. İranın Amerikaya birbaşa əli çatmır. Ancaq Tehran İraqda, Livanda və ya hansısa digər ərəb ölkəsində tərəfdarları vasitəsilə Amerikanın məntəqəsinə hücum təşkil edə bilər. Qasim Süleymani İran üçün böyük fiqur idi. O birbaşa İranın dini liderinə bağlı general idi. Hətta deyilirdi ki, Süleymani hərbi mundirini nə zamansa siyasətçi qiyafəsinə dəyişsə asanlıqla İranın prezidenti seçilə bilərdi. Belə bir firuqurun öldürülməsini Tehran cavabsız qoymayacaq. Ancaq mümkün cavabı da Amerika cavabsız qoymayacaq və beləcə bölgədə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil.
Azərbaycanda təhlükəsəzilik tədbirlərini gücləndirməyə ehtiyac var. Bizim həm İranla, həm də Amerika ilə yaxşı münasibətlərimiz var. Ancaq əgər bu iki ölkə bir-birlərinə qarşı fərqli məkanlarda savaşa başlayıblarsa, bu ətrafa da sıçraya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm